Yaxın günlərdə “Space” telekanalında reytinqləri qıracaq yeni serial yayımlanacaq.
“Üç bacı” adlı serialda üç məşhur sima bir araya gələcək.
Əməkdar artistlər Dilarə Əliyeva, Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol aldığı serial kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur.
“Üç bacı”dan başqa serialda məşhur simalar: aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, xalq artisti Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova rol alıb.
Serialın ssenari müəllifi, “Yalan-Doğru” verilişinin aparıcısı Vüqar Hüseynovdur.
Qeyd edək ki, serialda ssenari müəllifi özü də rol alıb.
Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir. Serial “SOY production”un layihəsidir. Serialın quruluşçu operatoru və quruluşçu rəssamı Emil Mirzəyevdir.
Gün.Az