Azərbaycanda siqaret çəkən sürücüləri cəzalandırmağa başladılar
24.10.2012

Bu il Gəncədə sərnişin daşıyan zaman nəqliyyat vasitəsində siqaret çəkən sürücülər cərimələniblər.

Bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin məsləhətçisi İsa Quliyev verib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində sərnişinlərin icbarı sığortalanmasına, lisenziyasız fəaliyyət göstərməsinə, sükan arxasında siqaret çəkdiyinə və qrafikə uyğun hərəkət etmədiyinə görə 403 protokol tərtib edilib.

Müsahibin bildirdiyinə görə protokola əsasən hər bir sürücü İnzibatı Xətalar Məcəlləsinə görə 40-100 manat məbləğində cərimə edilib.

İ.Quliyev qeyd etdi ki, bütün sərnişin daşıyan nəqliyyat vasitələrinə vərəqdə qaynar xəttin nömrələri vurulub. Hər bir sərnişin irad və təkliflərini bu nömrələrə zəng etməklə bildirə biləcək.

Gün.Az