İyunun 17-dən etibarən Türkiyənin Trabzon şəhərindən Bakıya birbaşa aviareys açılacaq.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, bu barədə yerli turizm şirkətlərindən birinin nümayəndəsi Kadir Baydur məlumat verib.
Onun sözlərinə görə, birbaşa aviareysin açılması turistlərin sayının artmasına səbəb olacaq.
Aviareysi Türkiyənin "Onur Air" şirkəti şənbə günləri həyata keçirəcək.
apa