Mikayıl Cabbarov “son zəng”lə bağlı açıqlama verib
7.6.2017

“Son zəng” tədbirlərilə bağlı məktəblərə məlumat veriləcək.

Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son illərdə olduğu kimi “son zəng” tədbirlərinin keçirilməsinə dair bütün zəruri məlumatlar Təhsil Nazirliyi və yerlərdə fəaliyyət göstərən şəhər və rayon təhsil şöbələri tərəfindən məktəblərə təqdim ediləcək.

Qeyd edək ki, bu il Azərbaycan məktəblərində “son zəng” tədbirləri iyunun 14-də baş tutacaq. Bu ildə ümumtəhsil məktəblərində IX sinifi 110638, XI sinifi 84088, eləcə də qiyabi (axşam bölməsində) olaraq 723 şagird başa vuracaq.



1news.az