Vergilər Nazirliyi büdcəyə 2,8 mlrd. manat köçürüb
7.6.2017

Yanvar-may aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Vergilər Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 825 mln. 799,7 manat məbləğində vəsait ödənilib.

Bununla da, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 104,7% əməl olunub.

apa