Kürdəmirdə 14 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
7.6.2017

Kürdəmirdə yazlıq bitkilər əkini ötən ilə nisbətən 2783 hektar və ya 24,8 faiz artıb.

Rayon Statistika İdarəsindən bildirilib ki, cari ilin iyun ayının 1-nə bölgədə 14002 hektar sahədə yazlıq əkinlər aparılıb. Yazlıq əkinlərdə ən çox artım qarğıdalı və pambıqçılıq sahələrindədir. Belə ki, bu mövsümdə 1292 hektarda qarğıdalı əkilib ki, bu da ötən illə müqayisədə 1181 hektar və ya 11,7 dəfə çoxdur. Habelə, 4027 sahədə çiyid səpini aparılıb. Bu, da ötən ildəkindən 2116 hektar və ya 2,1 dəfə çoxdur.

Hazırda rayonda məhsul yığımı davam etdirilir. Hələlik əkin sahələrindən 5202 ton kartof, 2391 ton tərəvəz, 696 ton meyvə yığılıb.

azertag.az