Şirkət «Klass» tarifinin «Daha çox danışın, daha çox dəyər əldə edin!»
prinsipinə sadiq qalaraq, yeni «Klass 7» adlı tarif kampaniyasını təqdim
edib ki, bu tarif bazarda ilk dəfə olaraq ən maksimal - 7 «Sevimli
Nömrə» təklif edir. «Klass 7» tarifi çərçivəsində «Bakcell» abunəçiləri
danışıq haqqını hər limitsiz zəngə görə ödəyəcək. Bir zəngin maksimal
müddəti 1 saatdır. «Sevimli Nömrələr»ə edilən bir zəngin qiyməti 2 qəpik
təşkil edir. «Bakcell»in digər abunəçilərinə bir limitsiz zəngin
qiyməti 7 qəpikdir.
Bundan başqa, istirahət günlərində abunəçilər bütün «Bakcell»
nömrələrinə bir zəng üçün 2 qəpik ödəməklə zəng edə biləcək. Bütün həftə
ərzində 7 «Sevimli Nömrə»yə göndərilən SMS-lərin qiyməti 1 qəpik təşkil
edir. İstirahət günlərində isə ölkə daxilində bütün istiqamətlərə
göndərilən SMS-lərin qiyməti 1 qəpik olacaq.