Günəşdən yeni görüntülər - VIDEO
24.10.2012

NASA-nın günəş rəsədxanası kosmosdan xüsusi bir filtr vasitəsiylə ulduzun fırtınalı səthinin heyrətamiz görüntülərini nümayiş etdirib.

Mövzu ilə bağlı ABŞ-ın Maryland ştatındakı NASA-nın Goddard Kosmos Uçuş Mərkəzindən bildirilib ki, günəşin səthi və nəhəng partlayışlar "gradyan filtr" adı verilən üsulla lentə alınıb.

Qeyd edək ki, alimlər gradyan texnikası sayəsində kosmosda çəkilən fotoşəkillərin fərqli alındığını düşünür. Adi fotoşəkillərdə görünə bilməyən detalları bu üsulla çəkilən fotolarda rahat müşahidə etmək olur.

VIDEO

mənbə: Big.az