Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir
8.6.2017

Bakıda sayca 3-cü Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb.
Tədbir Avropa İttifaqının (Aİ), Almaniya Azərbaycan Kommersiya Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil olunub.
Biznes-forum çərçivəsində iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və loqistika, informasiya və kommunikasiya texnologiyalar, elektron ticarət mövzularında çıxışlar olacaq.
Tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıq elan edib. Nazir bildirib ki, bu biznes-foruma böyük maraq var: "Tədbirə 400 iş adamı qatılıb. Bunun 100-ü Aİ ölkələrindən, 300-ü isə Azərbaycandandır".


report.az