Kişi öz dəfninə gəldi - FOTO
24.10.2012

Braziliyada kişi özünün dəfn mərasiminə gəlib. Maşın yuyucusu Jilbert Araujunun ailəsi onun qəbrinin ətrafına toplaşıb dəfn mərasimi keçirirdi. Onlar qəbrdə məhz J.Araujunun olduğunu düşünürdülər. Qəfildən Jilbert dəfn mərasiminə gəlib. Bunu görən bir neçə nəfərin ürəyi gedib.

Sonradan məlum olub ki, Jilbertin morqda meyitə baxan qardaşı səhvə yol verib. Ölən başqa avtomobil yuyucusu olub.

Milli.Az