"Ötən ilin mayında Azərbaycana 174 min turist gəlibsə, bu il rəqəm 211 min olub".
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, ümumi 5 ay ərzində keçən il 768, bu il 956 min turist gəlib: "Bu, 200 mindən çox turist artımı deməkdir. Viza rejiminin sadələşdirilməsi bu artıma xüsusi təsir göstərib".
report.az