Avropa İttifaqının (Aİ) Azərbaycana birbaşa investisiyalarının həcmi 7 milyard avro təşkil edir.
Bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı Avropa Komissiyasının Aİ-nin genişlənməsi barədə danışıqlar və qonşuluq siyasəti üzrə Baş direktorluğunun Şərq tərəfdaşlığı departamentinin direktoru Lourens Meredit deyib.
Onun sözlərinə görə, Aİ Azərbaycan iqtisadiyyatına investisiya qoyan ən böyük investordur:
“Bu məbləğin 2,5 milyard avrodan çoxu Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yönəldilib”.
trend