"Unibank" ASC müştərilərə sərfəli şərtlərlə manat kreditləri təklif edir.
Bankdan verilən məlumata görə, nağd pul kreditləri üzrə aylıq ödəniş 19 manatdan başlayır.
Rəsmi gəliri olan hər bir ölkə vətəndaşı "Unibank"a kredit üçün müraciət edə bilər. Minimum əmək haqqı tələbi cəmi 175 manatdır. Kreditlərin maksimal məbləği 15 min manat, maksimal müddəti 36 ay, illik faiz dərəcəsi 23%-dən başlayır. Komisyon haqqı сəmi 1%-dir. Zamin tələb olunmur.
Nağd kreditlə bağlı bankın filiallarına müraciət etmək, eləcə də "Unibank Mobile"dan və yaxud unibank.az saytından onlayn kredit sifariş etmək mümkündür.
"Unibank"ın 4 bank məhsulunu birləşdirən unikal "Albali Plus" kredit kartı da ölkə vətəndaşları üçün əlçatandır. Rəsmi gəliri olan hər kəs "Unibank" filiallarına 5 000 manata qədər kredit xəttinə malik "Albali Plus" kartı ilə bağlı müraciət edə bilər.
"Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-a qədər fəaliyyət göstərir.
report.az