Gələn həftə BMT-də "ASAN imza"nın təqdimatı olacaq
8.6.2017

Gələn il yeni şəxsiyyət vəsiqələri buraxılacaq ki, onlar "elektron imza" ilə inteqrasiya ediləcək.
Bunu Avropa İttifaqı - Azərbaycan biznes-forumunda çıxış edən Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan "elektron imza"nın Avropa İttifaqı (Aİ) tərəfindən tanınmasında maraqlıdır.
"B.EST Solutions" MMC-nin baş icraçı direktoru Yana Krimpe (Jana Krimpe) isə deyib ki, gələn həftə BMT-də "ASAN imza"nın təqdimatı olacaq: "BMT-nin Nyu-York yerləşən mənzil qərargahında "Asan İmza"nı təqdim edəcəm. Buna görə fərəh hissi keçirirəm".


report.az