Röyadan növbəti yeni mahnı - Audio
29.10.2012

Yaradıcılığını Türkiyə şou-biznesində davam etdirmək qərarına gələn Röya Azərbaycanda da yeni layihələrə imza atacaq.

Müğənni öz Vətənində də yaradıcılıq işlərini axsatmayacağına söz vermişdi.

Elə bu məqsədlə də Röya yeni mahnı oxuyub.

Söhbət “Ayan” adlı mahnıdan gedir. Şən, ritmik mahnı artıq YouTube kanalına yerləşdirilib.

Qısa zaman keçməsinə baxmayaraq, Röyanın yeni mahnısı digər ifaları kimi böyük marağa səbəb olub.

GoMap.Az yeni mahnını sizə təqdim edir:

Audio