“Mahmud və Məryəm”in Türkiyədəki çəkilişləri başa çatıb
29.10.2012

Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyni adlı filmin Türkiyədəki çəkilişləri başa çatıb.

Bu haqda filmin məsləhətçisi Məlahət Abbasova məlumat verib:

“Filmin möhtəşəm çəkilişləri başa çatdı. “A”dan “Z”yə əməyi keçən bütün dostlara təşəkkür edirəm. Filmin yolu açıq olsun”.

Xatırladaq ki, Türkiyənin “24 Kare” şirkəti tərəfindən çəkilən filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri Sevda Kayğızısızdır. Bu ekran əsərinin musiqisi Aygün Səmədzadəyə məxsusdur.

Filmin baş rollarının ifaçısı Aras Bulut İynemli (Mahmud), Eva Dedovadır (Məryəm). Ekran əsərinin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyib.

“Mahmud və Məryəm” filmində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Məlikov, Ufuk Şən, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər Cemal Hünal da qonaq aktyor kimi iştirak edib.

Film 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsindəki kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.


Gün.Az