Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 9-da saat 11:00-da Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları sakinlərinin sualları cavablandırılacaq, habelə onların şikayət və müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
azertag.az