Mərkəzi Klinika daha bir ilkə imza atıb
9.6.2017

Azərbaycanda ilk dəfə, Mərkəzi Klinikada qastrointestinal sistemin böyük ölçülü genişəsaslı poliplərindən, o cümlədən xoş və invaziyası olmayan, yeni yaranan bədxassəli şişlərdən heç bir cərrahi müdaxilə etmədən azad olmaq mümkündür. Bu proses endoskopik mukozal rezeksiya və disseksiya vasitəsilə aparılır.

Mərkəzi Klinikadan bildiriblər ki, klinikanın həkim-qastroenteroloqu Emin Verdiyev tərəfindən aparılan əməliyyat zamanı xəstədə rektumda 1 ədəd 4.5-5 sm-yaxın genişəsaslı polip aşkarlanıb. Daha öncədən polipektomiya olunmuş xəstədə çapıq toxumasının üzərində yenidən daha böyük ölçülü polip əmələ gəlib və sağlam sahələr EMD, çapıq toxuması olan sahələrə isə EMR icra olunmasına qərar verilib. İlk əməliyyat uğurla nəticələnib.

azertag.az