Əminə Fiqarova və qrupu İngiltərədə caz festivalında çıxış edəcək
12.6.2017

İyulun 14-dən 16-dək İngiltərədə Suonec Caz Festivalı (Swanage Jazz Festival) keçiriləcək.

Həmvətənimiz, bəstəkar-pianoçu Əminə Fiqarova və qrupu iyulun 15-də caz festivalında çıxış edəcək. Bu barədə məlumat musiqiçinin saytında da yer alıb.

Əminə Fiqarova özünü ABŞ-da doğrultmuş azsaylı Azərbaycan bəstəkar-pianoçularındandır. Onun caz pianoçusu kimi özünəməxsus ifa üslubu var. Yaratdığı “Sekstet” qrupu caz musiqisinin təbliği ilə yanaşı, öz rəhbərinin yeni üslubunun carçısıdır. Həmvətənimiz çoxsaylı festivallarda Uinton Marsalis, Herbi Henkok, Deyv Holland, Terens Blançard və digər tanınmış ifaçılarla çıxış edib.

Əminə və qrupu indiyədək 13 albom buraxıb.


azertag.az