“Nikoil Bank” ASC bankomat və pos-terminal şəbəkələrində debet kartlarından nağd pulun komissiyasız çıxarılması ilə bağlı keçirdiyi aksiyanın müddətini uzadıb.
Bu barədə bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, növündən və dəyərindən asılı olmayaraq, debet plasik kartlartın bütün sahibləri müasir ödəniş vasitəsinə malik olmaqla yanaşı, komissiyalara görə 100% endirim qazanacaq. Göstərilən şərtlər həm mövcud, həm də yeni müştərilər üçün keçərlidir.
“Bu gün “Nikoil Bank”ın plastik kartlar üzrə məhsul xəttində “Visa Electron”, “Visa Classic”, “Visa Gold”, “Visa Platinum”, “MasterCard Maestro”, “MasterCard Standard” və “MasterCard Gold” kimi plastik kartlar təqdim olunur. “Visa Platinum” kartını əldə edən müştəriyə “Priority Pass” kartı hədiyyə edilir. Bu kart vasitəsilə dünyanın istənilən hava limanlarının VİP istirahət məkanlarından sərbəst istifadə etmək mümkündür”, - deyə məlumatda qeyd edilib.
“Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil
report.az