Moskvada Rusiya Günü ilə bağlı keçirilən “Çoxmillətli Rusiya” festivalında azərbaycanlılardan ibarət “Qarabağ” rəqs ansamblı da iştirak edib.
Festivalın iştirakçılarının fikrincə, hər il təşkil olunan bu bayram tədbiri Rusiya xalqlarının birləşməsinə və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəldilib.
Festivalda mahnı və rəqslərlə yanaşı, müxtəlif xalqların mədəniyyətləri, tətbiqi sənət işləri nümayiş etdirilən çadırlar da qurulub.
Azərbaycan milli geyimlərində səhnəyə çıxan “Qarabağ” rəqs ansamblının üzvlərinin ifaları festivala gələnlərin alqışları ilə qarşılanıb. Konsertdə “Səs” televiziya şou proqramının azərbaycanlı iştirakçısı Azər Nəsibov da iştirak edib.
azertag.az