Həyat Şəmi: "Adını sən qoy"
13.6.2017

Quba rayonundakı Qırmızı qəsəbə 2 nömrəli əsas məktəbində Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair Həyat Şəminin yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə məktəbin direktoru Səbuhi Hacıxanlı H.Şəminin yaradıcılığı, xüsusilə yeni çapdan çıxmış "Adını sən qoy" kitabı ilə bağlı fikirlərini bölüşüb. Qeyd edilib ki, H.Şəminin şeirləri məktəbin müəllim və şagirdləri tərəfindən sevilir.

Daha sonra məktəbin rəqs qrupu "Bənövşə" rəqsini ifa edib.

Görüşdə şairin "Qocalıb atam", "Adam olmadı bizdən", "Yadındamı", "O adam", "Dialoq", "Qoxla məni" və s. şeirləri səsləndirilib.


azertag.az