Liseyin müəllimi “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində mühazirə oxuyub
13.6.2017

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar seminar keçirib.

Riyaziyyat və Mexanika İnstitutundan bildirilib ki, seminarda akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əkbər Həsənovun “Müstəvi üzərində ikitərtibli əyrilər və onların tətbiqi“ mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə ikitərtibli əyrilərdən ellips, hiperbola və parabolanın həndəsi tərifindən istifadə etməklə onların kanonik tənliklərinin çıxarılışı və bəzi tətbiqləri barədə məlumat verilib.



azertag.az