İstanbulda Türk Dünyası Dayanışma Vəqfinin (TDAV) təşkilatçılığı ilə XVII Türk dünyası uşaq festivalı keçirilir.
Festivalda Türkiyə, Azərbaycan, Rusiya Federasiyası, İraq, Makedoniyadan 40 uşaq mahnı və rəqs kollektivləri iştirak edirlər.
Festival İstanbulun Kadıköy rayonunda türkdilli ölkələrdən gəlmiş və əllərində dövlət bayraqları olan uşaqların rəsmi keçidi ilə başlanmışdır. Yürüşdə İstanbul valisinin müavini Harun Kaya, TDAV-ın sədri, professor Turan Yazqan və digər rəsmi şəxslər də iştirak etmişlər.
Azərbaycandan olan uşaq rəqs ansamblı Kadıköy meydanında və İnönü stadionunda keçirilmiş konsertdə maraqlı proqramla çıxış etmişdir. Azərbaycanlı uşaqlar Fatih Əminönü Xalq Təhsil Mərkəzində keçirilmiş türk dünyası mahnı müsabiqəsində də iştirak etmiş, mükafatlara layiq görülmüşlər.