Çindəki bu toy dünyada misli-bərabəri görünməmiş gəlin bəzənməsi ilə yadda qalacaq. "Səmaaltı imperiya"da artıq ən çox müzakirə edilən hadisələrdən birinə çevrilmiş toyda gəlin Lyu Çen sözün əsl mənasında qızıla bürünmüşdü.
Fuszyan vilayətinin ən nəcib, qədim və varlı nəsillərindən birinin mənsubu Lyu milyarder atanın yeganə övladıdır.
Onun toyunda atası "kiçik cehiz" qismində pulunu əsgirgəməyib.
Gəlinin bər-bəzəyinin hamısı Avropa, ABŞ və Yaponiyanın ən məşhur zərgərlik firmalarında sifarişlə hazırlanmış zinət əşyaları idi.
Lyu Çenin əl, ayaq, boyun və qollarındakı zinətlərin arasında sadəcə, qızıl bəzəklərin dəyəri 380 min dollardı.
Brilyant, almaz, yaqut və s. qaşlar, platin bəzəklər hesaba alınmayıb.
Ağırlığı 5 kiloqramdan artıq qızıl və platin zinətlərlə gəlinin bəzədilməsinə 1 saat vaxt sərf olunub.
Fuszyan vilayətindəki Yuançjou şəhərindəki toyda gəlinin anası Lin Hu 26 yaşlı qızının görkəmindən çox razı qaldığını deyib.
"Qızımın toyda çox gözəl olmasını istədim. Hər ana bunu istəyər", - Lin Hu deyib.
Milli.Az