"Bu gün bəzi qoruqlarda arzuolunmaz faktlar aşkar olunur. Hətta orada bəzən məsuliyyətsiz hərəkətlərə də rast gəlinir və sözsüz ki, bunlar yolverilməzdir".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu səbəbdən qoruqlarda tamamilə yeni idarəetmə sistemi formalaşmalıdır: "Qoruqlar öz qapılarını xalqın, gənclərin üzünə açmalı və ora gələn insanlara Azərbaycanı ətraflı tanıtmalıdır".
Nazir təəssüf hissi ilə qeyd edib ki, bu gün işğal səbəbindən Azıx mağarası əlçatan deyil: "Çünki orada bizim xoşumuza gəlməyən və heç bir məntiqə sığmayan proseslər gedir. Lakin siyasi qərar tapılandan sonra Azərbaycan alimlərinin yenidən həmin məkanı tədqiq etməyə imkan tapacaqlarına əminəm".
report.az