Daha bir sayt istifadəyə verildi
30.10.2012

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsi www.eyar.maliyye.gov.az istifadəyə verilib.

Saytda ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə, o cümlədən əhalinin maarifləndirilməsinə xüsusi diqqət yetirilir.

İstehlakçıların dövlət standartlarının tələblərinə cavab verən zərgərlik məmulatlarına sahib olmaları və bu növ fəaliyyətlə məşğul olan sahibkarları ətraflı məlumatlandırmaq üçün saytda bölmələr açılıb.

Həmçinin, sayta məmulatların qəbulu, lisenziya, ad damğalarının qeydiyyatı və digər məsələlərlə bağlı ərizə formaları, o cümlədən qiymətli metallarla bağlı məlumatlar da yerləşdirilib.

Bundan başqa, saytda “Elektron xidmətlər”, “Dövlət rüsumları”, “Məktub yazmaq”, “Qəbul günləri” kimi bölmələr də fəaliyyət göstərir. Ənənəvi rublikalarla yanaşı, rəsmi internet səhifəsində Dövlət xidməti ilə bağlı xəbərlər və press-relizlər mütəmadi olaraq təqdim olunur.


Gün.Az