“Torpaqların ekoloji monitorinqi” dərsliyi çapdan çıxıb
14.6.2017

Akademik Qərib Məmmədov, professor Sara Məmmədova və dosent Cəsarət Şabanovun “Torpaqların ekoloji monitorinqi” dərsliyi nəşr olunub.

Bakı Dövlət Universitetindən bildiriblər ki, kitabda ekoloji monitorinq haqqında təlimin əsas mahiyyəti şərh edilir, torpaq monitorinqinin əsas rolu haqqında məlumat verilir. Nəşrdə, eyni zamanda, antropogen deqradasiyanın müxtəlif növləri şəraitində torpaqların ekoloji monitorinqinin növləri və metodları, torpaqların keyfiyyətinin normallaşdırılması üsulları, Azərbaycanda torpaq-ekoloji monitorinqin təşkili və digər məsələlər təhlil edilir.

Kitab tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.



azertag.az