Bakıda yağışla əlaqədar iki əsas magistralda azaldılan sürət həddi bərpa edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
"Yağışlı hava ilə əlaqədar olara Bakının 2 əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə 20 km/ saat endirilən maksimal sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb",- deyə məlumatda qeyd edilib.
report.az