Azərbaycanın əfsanəsi Rusiyanın birinci kanalının qonağı oldu
14.6.2017

Birinci kanalda yayımlanan "Möcüzələr meydanı" proqramının azərbaycanlı qonağı geniş müzakirlərə səbəb olub.
Azərbaycanın görkəmli ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova Rusiyanın birinci kanalında yayımlanan Leonid Yakubovun "Möcüzələr meydanı" proqramının qonağı olub.
Bakı Miniatür Kitab Muzeyinin banisi, bütün dünyada kolleksioner kimi məşhur olan Zərifə Salahova tamaşaçıları ovsunlayıb. Zərifə Salahovanın təsis etdiyi muzeydə kiçik həcimli ədəbi eksponatlar var. Bu eksponatlar o qədər kiçikdir ki, onlardan on belə eksponatı bir ovuc içində yerləşdirmək mümkündü.
Salahovanın Ginnesin rekordlar kitabına salınan kolleksiyasının bu il 35 illiyi qeyd olunur.
Verilişin sonunda Zərifə Salahova Leonid Yakubova özünün doğma Azərbaycan haqqında yazdığı miniatür kitabını hədiyyə edib.



publika.az