Magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayı müəyyənləşib
14.6.2017

2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ümumilikdə 7.709 plan yeri ayrılıb. Bunlardan 5.454-ü Azərbaycan bölməsi, 702-si rus bölməsi, qalan 1.553 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 8.313 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb. Magistraturaya qəbul aparılan 70 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumatla DİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

azertag.az