Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 8, 9 və 10-da ali təhsi müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olunmaq istəyən bakalavrlar üçün qabiliyyət imtahanları keçirib.
DİM-dən bildiriblər ki, musiqi sənəti (proqram 68), teatr, kino və xoreoqrafiya sənətləri (proqram 69) və təsviri sənət (proqram 70) istiqamətlərinə aid olan ixtisaslaşmalar üzrə bütövlükdə 170 bakalavr qeydiyyatdan keçib. Musiqi sənəti üzrə 98, teatr, kino və xoreoqrafiya sənətləri üzrə yeddi, təsviri sənət istiqaməti üzrə 65 bakalavr qeydiyyatdan keçib. Beş bakalavr imtahanlarda iştirak etməyib. İmtahanlarda iştirak edən bütün bakalavrlar tələb olunan müsabiqə şərtlərini ödəyiblər. Hər üç istiqamət üzrə bakalavrların aldıqları qiymətlərdən apellyasiya şikayəti vermək hüququnu təmin etmək məqsədilə istiqamətlər üzrə apellyasiya komissiyaları yaradılıb. Qaydalara əsasən, bakalavrlara imtahan nəticələri elan olunan gün müvafiq apelyasiya komissiyalarına müraciət etmək hüququ verilib. İmtahanda iştirak etmiş bakalavrlardan apellyasiya komissiyalarına apellyasiya şikayəti ilə bağlı müraciət daxil olmayıb.
azertag.az