Premium kinoteatr "CinemaPlus Amburan"da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib.
Kinoteatr Bilgəh qəsəbəsində, "Amburan Mall" ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir. Tədbir xüsusi dekorasiyanın köməyi ilə meksikan üslubunda bəzədilib. Furşet masası isə yalnız Meksika yeməklərindən alkoqollu və alkoqolsuz içkilərdən ibarət idi.
Bu gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri şirkət rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, produserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olublar.
Bayram əhval-rühiyyəli kinoteatrda musiqi müşayiəti altında maraqlı müsabiqələr keçirilib, dəyərli hədiyyələr oynanılıb.
Tədbir "Malibu xilaskarları" komediya filminin nümayişi ilə bitib. Daha sonra qonaqlar meksikan tekila bar "La Vida" əyləncəsinə dəvət olunublar.
Həmçinin kino həvəskarları üçün "CinemaPlus Amburan" sürpriz hazırlayıb. Artıq kinoteatr 24 saat işləyəcək.
“CinemaPlus” "Amburan Mall"da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolar ilə təchiz olunub. Bundan başqa, “CinemaPlus” Amburan Mall kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.
Tədbirin təşkilində dublyaj redaksiyası Cinemazadeh, Cinema Distribution, Maya meksikan restoranı, Hillside-dan premium çaxırlar, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, TNT kuryer xidməti və Baltika-Baku pivə zavodu dəstək olub.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
report.az