Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
16.6.2017

12-19 oktyabrda Bakıda "DocuBaku”I Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, belə bir hadisə paytaxtda ilk dəfə keçiriləcək və Bakıda ənənəvi keçirilən illik Avropa kinosu festivalı ilə paralel olaraq təşkil olunacaq.
Tamaşaçılar Avropa və Azərbaycan rejissorlarının 20-dən çox filmini izləyə bilər. Bu ilki festival tolerantlıq mövzusuna həsr olunacaq.
Festival çərçivəsində Avropa rejissorları ilə görüşlər, müxtəlif seminarlar təşkil olunacaq.


report.az