Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Xocalı faciəsi gənc rəssamların gözü ilə" adlı sərgi keçiriləcək. 
Sərgidə dəhşətli soyqırım gənc rəssamların təsəvvürlərində yenidən canlandırılaraq ictimaiyyətə rənglərin dili ilə çatdırılacaq. Sərgidə rəssamların  soyqırım hadisələrinə olan  münasıbətlərini əks etdirən işləri təqdim ediləcək. Sərginin oktyabr ayında açılacağı gözlənilir.
citylife.az