Alman həkimləri Bakıya gəlir
16.6.2017

Bioloji Təbabət Klinikası fəaliyyətinin ilk günlərindən başlayaraq yüksək ixtisaslı alman həkimləri və alman əczaçılıq sənayesinin nümayəndələri ilə sıx əməkdaşlıq edir. Öz ixtisaslarını təkmilləşdirmək məqsədi ilə klinikanın həkimləri hər il Almaniyada Beynəlxalq homotoksikologiya kursları keçir.
Klinikada mütəmadi olaraq alman mütəxəssislərinin iştirakı ilə yerli həkimlər üçün müxtəlif seminar, forum və mühazirələr təşkil olunur, peşəkar məsləhətə ehtiyacı olan xəstələr qəbul olunur.
Keçirilən seminar və müvafiq testlərin nəticələrinə görə alman mütəxəssisləri Bioloji Təbabət Klinikasının həkimlərinə sertifikatlar təqdim edirlər.
Azərbaycanın rayonları və Bakı şəhərinin həkimləri üçün “Biotənzimləyici təbabət” mövzusunda ildə bir neçə dəfə nəzəri-praktik kurslar keçirilir.
Qeyd edək ki, kurslar 92 saat (Bakı şəhərinin həkimləri üçün), saat 15:00 dan-18:00-ə qədər, 2 qrupda (1-ci qrup üçün – 1-ci, 3-cü, 5-ci; 2-ci qrup üçün isə – 2-ci, 4-cü, 6-cı günlər) keçirilir.
Azərbaycanın rayonlarından gələn həkimlər üçün isə kurslar həftə ərzində saat 9:00-dan-18:00-a qədər Bioloji Təbabət Klinikasındakı konfrans zalında baş tutur.


publika.az