Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları
16.6.2017

Hələ Qədim Misirdə darçın öz müalicəvi əhəmiyyətinə görə məşhur idi. Müxtəlif xəstəliklərin müalicəsində müsbət təsir göstərən darçın insan sağlamlığı üçün çox xeyirli ədviyyatdır.
Bu yazıda sizi hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları ilə tanış edirik.
Orqanizmə belə faydalı təbii məhsulların gündəlik qəbulu necə təsir göstərir?
Balla darçın qarışığı hələ qədim dövlərdən Çin təbabətində geniş istifadə edilirdi. Bu iki təbii element sağlamlıq üçün həmişə çox faydalı hesab olunub.
Bal arıların gərgin işininin nəticəsi olan, özündə çoxlu vitamin ehtiva edən əsl təbii antibiotikdir. Darçın isə qədim Misirdə faydalı xassələrinə görə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirdi. Beləliklə də darçın yeməklərə xüsusi dad verən, mətbəximizin ayrılmaz hissəsinə çevrilib.
Darçın antioksidantlarla zəngindir, immun sistemini stimullaşdırır, bağırsaqları dezinfeksiya edir, həzmi yaxşılaşdırır, soyuqdəyməyə qarşı əla vasitədir. Lakin həddən artıq darçın istifadəsi qaraciyər və böyrək üçün zərərli ola bilər, həmçinin bəzi dərmanlarla birlikdə istifadə etmək olmaz. Həkimlər gün ərzində maksimum 3 qram darçın qəbul etməyi tövsiyə edir.
Hər səhər darçınla qarışdırılmış bal yemək ürək sağlamlığına çox yaxşı təsir göstərir. Bu qarışıq xolesterin səviyyəsini aşağı salmağa qadirdir, həmçinin təkrar infarkt riskini azaldır. Ürəyi normallaşdırır, arteriya və venaları gücləndirir, bununla da ürək-damar xəstəliklərinin riskini azaldır.
1. Artrit xəstəliyinin müalicəsinə kömək edir.
Bir fincan isti suya 2 xörək qaşığı bal və yarım xörək qaşığı toz darçın əlavə edin. Səhər tezdən acqarına və axşam yatmazdan əvvəl için. Kopenhagen universitetinin alimləri xroniki artritdən əziyyət çəkən 200 könüllünün iştirakı ilə aparılan tədqiqatda müəyyən edib ki, bu içkinin qəbul olunması nəticəsində 75 xəstə artıq bir həftədən sonra ağrıların azalması hiss etməyə başlayıb. Bir aydan sonra bütün xəstələr problemsiz gəzə bilib.
2. Böyrək və sidik kisəsi infeksiyalara qarşı mübarizə aparmağa kömək edir.
Bir stəkan isti suya bir xörək qaşığı bal və bir çay qaşığı toz darçın əlavə edib qarışdırın. Suyu gündə iki dəfə, acqarına və yeməkdən sonra için. Bu qarışığın güclü antibakterial təsiri var, bal isə qısa vaxt ərzində bakteriyaları öldürür.
3.İmmun sistemini möhkəmləndirir.
Həmin qarışıqdan mütəmadi olar isifadə ağ qan hüceyrələri möhkəmləndirir, ürək sağlamlığını yaxşılaşdırır, orqanizmi bakteriya və viruslardan qoruyur, beləliklə də xəstəliklərin qarşısını alır.
4. Arıqlamağa kömək edir.
Səhər yeməyindən yarım saat əvvəl və yatmazdan yarım saat əvvəl ballı, darçınlı su için. Darçın toxluq hissi verdiyi üçün yemək istəyinin qarşısını alır və beləliklə arıqlamağa təminat verir.
5. Xolesterinin səviyyəsini aşağı salır.
Qısa müddət ərzində xolesterinin səviyyəsi 10% -ə qədər azalır, bununla da ürək-damar xəstəliklərinin riskini azaldır.


publika.az