Bəy toyunda qonaqlardan pos-terminalla pul yığdı - VİDEO
30.10.2012

Türkiyənin Trabzon şəhəri Yomra rayonunda baş tutmuş toyda bəy qonaqların işini asanlaşdırmaq üçün pos-terminal cihazından istifadə edib.

Məlumata görə, toyun qurban bayramının 3-cü gününə təsadüf etməsi səbəbilə qonaqlarda nəğd pul olmayacağını nəzərə alan bəy bu yola əl atıb.

Qeyd edək ki, rayondakı fabriklərdən birində satış meneceri olan bəy iş yerinə aid, öz adına qeydiyyatdan keçmiş cihazı toyuna aparıb. Nəğd pulu olmayan qonaqlar isə bəylə gəlini təbrik edərkən onlara nəməri pos-terminalla ödəyib.

VIDEO


ANS PRESS