Hindistanda “iPhone” istehsalı ilə məşğul olan “Wistron” şirkətinin prezidenti Robert Hvan “Apple” yeni 8-ci nəsil smartfon barədə bəzi məlumatları təsdiqləyib.
Bu barədə Nikkei Asian Review nəşri yazır.
Onun sözlərinə görə, yeni “iPhone” su keçirməyən korpusa malik olacaq və qacet naqilsiz enerji yığma sistemi ilə təchiz ediləcək.
Yeni “iPhone” 2017-ci ilin payızında təqdim olunacaq. Smartfonun əsas xüsusiyyətləri yeni ikili kamera, çərçivəsiz ekran və naqilsiz enerji yığma sistemidir. “iPhone 8”in arxa hissəsi şüşədən hazırlanacaq.
oxu.az