Azərbaycan Astanada keçirilən Avrasiya Beynəlxalq Kitab sərgisində təmsil olunur
16.6.2017

Qazaxıstanın paytaxtı Astanada ikinci Avrasiya Beynəlxalq Kitab sərgisi açılıb.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən Sərgidə Azərbaycanda son illər müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş olunur.
Avrasiya Kitab Sərgisinin açılışında çıxış edən Qazaxıstanın dövlət katibi Gülşara Abdukalikova bildirib ki, artıq ikinci dəfədir keçirilən sərgiyə maraq artıb.
Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi “2-ci Avrasiya Kitab Sərgisi – 2017” çərçivəsində Azərbaycan səfirliyinin xüsusi təşkilatçılğı ilə Azərbaycan güşəsində 1000-dən çox kitab və jurnal nümayiş olunur. 15 iyun-Milli Qurtuluş gününə həsr olunan guşədə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəliyyətindən bəhs edən nəşrlər üstünlük təşkil edir.
Qazaxıstanın dövlət katibi G.Abdıkalikova Azərbaycan stendinə xüsusi maraq göstərib. Dövlət katibi Azərbaycana səfərini xatırladaraq Azərbaycanın birinci vitse-przidenti xanım Mehriban Əliyeva və digər rəsmi şəxslərlə görüşlərini xatırladıb. O, Azərbaycanın ən inkişaf etmiş ölkələrdən biri olduğunu qeyd edərək, ölkənin qədim tarixindən və zəngin mədəniyyətindən söhbət açıb. Azərbaycan güşəsində ölkənin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanıb.
Heydər Əliyev Fondunun nəşrlərindən ibarət hissədə isə Azərbaycan xalqının maddi-mənəvi irsinin tədqiq olunduğu xeyli sayda kitab yer alıb. Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, eləcə də çağdaş ədəbiyyat nümayəndələrinin kitabları ilə maraqlanıblar.
Sərgidə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qazax dilində nəşr olunan əsərləri, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun müəllifi olduğu kitablar, ölkə haqqında rus və qazax dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər də mühüm yer tutub. Sərgi çərçivəsində Azərbaycan xalçaçılıq tarixi, ənənələri, ölkədə istehsal olunan çay məhsulları orijinal təqdimatda nümayiş olunacaq. Sərgi iştirakçıları Azərbaycan rəqslərini canlı şəkildə izləmək imkanı da əldə edəcəklər. İkinci Avrasiya Kitab sərgisi üç gün davam edəcək.


report.az