Bakıda ənənəvi rumın musiqisi konserti keçirilib
19.6.2017

Bakının Beynəlxalq Muğam Mərkəzində ənənəvi rumın musiqisi konserti keçirilib.
Əvvəlcə tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku çıxış edib.
O bildirib ki, bazar ertəsi Azərbaycan və Rumıniya iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcək. Səfir iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Diplomatın çıxışından sonra Doina Lavriç Parqel və Daniel Keşiş milli musiqi alətlərində ənənəvi rumın mahnılarını ifa ediblər.


report.az