Qoç - Götür-qoy etməkdəsiniz, elə bilirsiniz ki, vaxtı uzatmaqla işlər öz-özünə düzələcək. Xoşbəxtlikdən, sizi heç kim heç tələsdirmir də. Günün ikinci yarısı çətin məişət problemlərinə nəzər yetirməli olacaqsınız. Bu gün xeyli pul xərcləyəcəksiniz. Ailəniz göstərdiyinz qayğının əvəzini ikiqat ödəyəcək.
Buğa - Yeni iş başlamaq üçün uyğun vaxtdır. Tələsməyin, köməkçilərinizə etibar edin. Sizin məlahətiniz iş görüşlərini qələbə ilə başa vurmağa kömək edəcək. Fantaziyanızı işə salın: sevdiyiniz şəxsi bu çox sevindirəcək, elə özünüz də romantik ab-havadan məst olacaqsınız.
Əkizlər - Son vaxtlar üzərində çalışdığınız işləri bu gün tamamlamağa tələsməyin. Qarşınızda yeni imkanlar açılır və bunlardan istifadə edərək həmin işlərin finalını möhtəşəm edə bilərsiniz. Həmkarlarınızla sərt davranmayın. İmicinizi dəyişmək məsləhətdir. Bu, sizə əlavə güc və stimul verəcək.
Xərçəng - İstirahət üçün ideal gündür. Sabah sizi yorğun iş günü gözləyir, odur ki, bu günün dadını çıxarın. Əvvəlki rəqibləriniz meydana çıxacaqlar, amma bunun heç bir qorxusu yoxdur, tərəfdaş tapmaq sizə çətin deyil. Qohumlarınıza baş çəkin, dostlarınızı qonaq çağırın.
Şir - Ambisiyalarınızı bir kənara qoyun. Möhtəşəm layihələrin üzərində işləmək üçün uyğun gün deyil, bundansa cari işləri yoluna qoyun. İş görüşləri pis başlamır, amma hiss etsəniz ki, sizə güvənmirlər, konsensus əldə etmək çətin olacaq. Yeni tanışlarla ehtiyatlı olun. Pul itirə bilərsiniz.
Qız - Tələsmək məsləhət deyil, güc toplayın. Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər.
Tərəzi - Bu gün başqaları üçün çalışmaqdan bezəcəksiniz. Buna bir az müdrik yanaşın, sonunda dəyərli təcrübə qazanan siz olacaqsınız! Şəxsi həyatınızda sanki bir alatoranlıq hökm sürür. Siz hər şeyin səbəbini axtarırsınız, o isə qaranlıq otaqdakı qara pişiyə bənzəyir. Başınızı əyləncəylə qatın.
Əqrəb - Bir çox planlarınızdan imtina etməli olacaqsınız, sadəcə, vaxtınız qıtdır. Rəhbərliklə münaqişələrdən qaçın, güzəştə gedin. Ətrafınızdakılarla dil tapmağa çalışın. Günün ikinci yarısında halınız pisləşə bilər. Ziyafətə dəvət alsanız, getməyin, evdə istirahət sizə daha vacibdir.
Oxatan - Plan qurun və bütün detallarınadək düşünün. Amma hərəkətə keçməyə tələsməyin. Şəraiti öyrənin, tərəfdaş tapın. Əhvalınız dəyişkəndir. Təəssüf ki, qanqaraçılığınız optimizminizi üstələyir. Ailənizdəkilər də sizin əhvalınızı yüksəltməyə çalışacaqlar: icazə verin, camaat işini görsün!
Oğlaq - Sizi möhtəşəm işlər gözləyir. Xırda və aktual problemlərin həlli ilə məşğul olun. İstənilən sənədin hazırlanmasında həddən ziyadə diqqətli və səliqəli olun. Aldığınız pulları xərcləməyə tələsməyin, yığın. Günün ikinci yarısı toy-bayramdır: ziyafətlərə gedin, evinizdə dost məclisi təşkil edin.
Dolça - Bu gün biliklərinizi artırmaq üçün əla gündür. Yaddaşınız sizi darda qoymayacaq, başqalarının ideyalarından, təcrübəsindən öz xeyrinizə istifadə edəcəksiniz. İnsanlarla dil tapmaq bacarığı gəlirlərinizi artıracaq. Bu gün qəti surətdə səfərə çıxmayın, yolda xoşagəlməz hadisələrlə rastlaşa, zədə ala bilərsiniz. Valideyn Dolçalar, uşaqlarınızı gözdən qoymayın!
Balıqlar - Məqsədinizə çatmaq üçün yavaş-yavaş addımlamaq yox, qüvvənizi toplayıb irəli atılmaq lazımdır. Müzakirələr kəskin keçəcək, rəqibləriniz çirkin metodlara əl atırlar, siz isə öz mövqeyinizi qoruyursunuz. Başqalarının simpatiyasını qazanmaq, başını gicəlləndirmək sizin üçün çətin deyil. Amma bu gün sizi maraqlandıran bir adam tapacağınız inandırıcı görünmür.