Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidalanmadan asılıdır.
Gözlərin sağlamlığını qorumaq üçün insan qida ilə daim bəzi vitamin və mineralları almalıdır. Bu vitaminlər və minerallar arasında:
- A vitamini
Bu vitamin gözün torlu qişasının normal fəaliyyəti üçün olduqca vacibdir. Bu vitaminin çatışmazlığı zamanı insanda "toyuq korluğu" kimi pozulma inkişaf edir.
A vitaminin mənbələri: qara ciyər, yumurtanın sarısı, kərə yağı, balıq yağı, kök, pomidor, kahı, ərik və s.
- C vitamini
Əzələlərin, o cümlədən, göz əzələlərin, tonusunu saxlayır, damarları möhkəmləndirir. Bu vitaminin çatışmazlığı gözlərin yorğunluğuna, qözlərdə qansızmalara səbəb olur.
C vitaminin mənbələri: sitrus meyvələri (portağal, qreypfrut, limon və s.), kələm, bolqar bibəri, qara qarağat, itburnu.
- B qrupu vitaminləri
Sinir toxumasının normal fəaliyyətini təmin edir, göz yorğunluğunu azaldır, gözlərdə qan dövranını və oksigenin çatdırılmasını yaxşılaşdırır.
B qrupu vitaminlərinin mənbələri: ət, qara ciyər, bənli bitkilər, maya, balıq, yumurta sarısı, qoz-fındıq, kahı və s.
- Kalium
Bu mineral orqanizmdə olduqca vacib funksiyaları yerinə yetirir - artıq mayeni xaric etməyə kömək edir. Bu isə gözlərin sağlamlığı üçün çox önəmlidir. Mayenin orqanizmdə artıqlığı təzyiqin, o cümlədən, göz təzyiqinin artmasına səbəb olur.
Kaliumin mənbələri: ərik qurusu, qoz, banan, kartof və s.
- D vitamini
Bu vitamin göz əzələlərin normal fəaliyyəti üçün çox vacibdir. D vitaminin çatışmazlığı zamanı gözlər tez yorulur, axşama yaxın görmə pisləşir.
D vitamini mənbələri: balıq yağı, balıq, süd və s.
- Kalsium
Bu mineral göz almasının xarici qişasını möhkəmləndirir. Kalsiumun çatışmazlığı gözrənin pisləşməsinə səbəb olur. Xüsusilə bu özünü yeniyetməlik dövründə büruzə verir.
Kalsiumun mənbələri: süd məhsulları (kəsmik, pendir, xama, qaymaq və s.).
- Maqnezium
Gözdə əzələlərin və damarların normal fəaliyyətini təmin edir. Maqnezium çatışmazlığı göz təzyiqinin artmasına səbəb olur.
Maqneziumun mənbələri: buğda kəpəyi, badam, qoz, noxud, kələm, dənli bitkilər.
saglamolun.az