Azərbaycanda Bakı şəhəri və ölkənin regionlarının yüksək sürətli internetlə təmin olunmasına dair investisiya layihəsi hazırlanıb.
Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bildirib.
Onun sözlərinə görə, artıq işlənməsi başa çatdırılan bu layihə 2013-2015-ci illəri əhatə edəcək. Layihə çərçivəsində əsasən paytaxt və regionların optik kabel vasitəsilə yüksəksürətli internetlə təmin edilməsi planlaşdırılır.
Layihənin həyata keçirilməsi nəticəsində regionlarda internetin sürəti 10-30 Mbit/saniyə, Bakıda isə 30 Mbit/saniyə və daha yuxarı olacaq.
İ.Əliyev onu da bildirib ki, hazırda Azərbaycanın yaşayış məntəqələrinin 35%-i yüksəksürətli internetlə təmin olunub. Hər 1000 yeni internet istifadəçisinin olması ölkədə 70 yeni iş yerinin yaradılmasını təmin edir.
APA