Dünya ölkələrinin İnkişaf İndeksi üzrə renkinqi tərtib olunub
31.10.2012

Azərbaycan «Legatum Institute» beynəlxalq analitik institut tərəfindən hazırlanan ölkələrin İnkişaf İndeksi üzrə renkinqdə 94-cü yeri tutub.

Renkinqdə 142 ölkə yer alıb ki, bu ölkələr dünya əhalisinin 96%-ni və ÜDM-in isə 99%-ni əhatə edir.

İnkişaf İndeksi 8 meyar üzrə hesablanır ki, bu, iqtisadiyyat, sahibkarlıq üçün imkanlar, dövlət idarəçiliyi, təhsil, səhiyyə, təhlükəsizlik, insan azadlığı və şəxsi kapital meyarlarıdır. Lakin maddi rifah və şəxsi zənginlik amilləri əsas meyar kimi götürülür.

Azərbaycan iqtisadiyyat üzrə 89-cu, sahibkarlıq üçün imkanlar üzrə 67-ci, dövlət idarəçiliyi üzrə 113-cü, təhsil üzrə 87-ci, səhiyyə üzrə 89-cu, təhlükəsizlik üzrə 80-ci, insan azadlığı üzrə 117-ci və şəxsi kapital üzrə 88-ci yerdə qərarlaşıb.

Renkinqə Norveç başçılıq edir. İlk onluğa həmçinin Danimarka, İsveç, Avstraliya, Yeni Zelandiya, Kanada, Finlandiya, Hollandiya, İsveçrə və İrlandiya daxildir. Bu indeksin hesablanması tarixində ilk dəfə olaraq ABŞ ilk onluğa düşməyib və 12-ci yeri tutub.

Qeyd edək ki, Gürcüstan renkinqdə 93-cü, Ermənistan 98-ci, Rusiya 66-cı, Qazaxıstan 46-cı, İran 102-ci, Türkiyə 89-cu yerdə qərarlaşıb.

Renkinqə əsasən, ən aşağı indeksə malik olan dövlətlər sırasında Əfqanıstan (140-cı yer), Konqo Respublikası (141), Mərkəzi Afrika Respublikası (142) yer alıb.

APA