Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 19-da Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabla görüşüb.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamının icrası ilə bağlı tədbirlər planı müzakirə olunub.
Bildirilib ki, sentyabrın 19-da YUNESKO Baş Qərargahında, oktyabr 3-4-də isə Bakı şəhərində Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərinin nəzərdə tutulduğu qeyd edilib. Bu ilin oktyabrın 3-4-də Bakıda Alman Birliyi Günü, həmçinin Almaniya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd ediləcəyi vurğulanıb.
Sonda görüş iştirakçıları hər iki tədbirin əlaqələndirilməsinə dair razılığa gəliblər.
report.az