İngiliscə ən yaxşı danışan xalq
31.10.2012

Dünyanın bir çox yerində dil kursları və məktəbləri olan özəl tədris mərkəzi "English First" 54 ölkə əhalisinin ingilis dllində danışmaq qabiliyyətini qiymətləndirən araşdırma aparıb. Bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Araşdırma nəticəsində məlum olub ki, ingilis dili səviyyəsinin ən yüksək olduğu ölkə İsveçdir. Siyahıda sonrakı yerləri Danimarka, Niderland, Finlandiya və Norveç tutur.

Araşdırmanın maraqlı nəticələrindən biri də odur ki, qadınlar kişilərə nisbətən ingiliscə daha yaxşı danışa bilirlər.

Trend