2018-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilib. Yarış 23 - 25 iyunda yox, 27 - 29 apreldə olacaq.
Bu, mövsümün 4-cü Qran Prisi olacaq. Əvəzində Soçi Qran Prisi 28 - 30 sentyabra keçirilib. 10 ildən sonra təqvimə qayıdan Fransa mərhələsi məhz Bakı mərhələsinin yerini tutub. Almaniya mərhələsi də təqvimə qayıtdığı halda, Malayziya Qran Prisi 21 mərhələləlik siyahıdan çıxarılıb.
Ümumilikdə mərhələlər rekord sayda - 21 olacaq:
23 - 25 mart. Melburn, Avstralia
6 - 8 aprel. Şanxay, Çin
13 - 15 aprel. Saxir, Bəhreyn
27 - 29 aprel. Bakı, Azərbaycan
11 - 13 may. Barselona, İspaniya
25 - 27 may. Monako
8 - 10 iyun. Monreal, Kanada
22 - 24 iyun. Kastelye, Fransa
29 iyun - 1 iyul. Spilberq, Avstriya
6 - 8 iyul. Silverstoun, İngiltərə
20 - 22 iyul. Hokkenhaym, Almaniya
27 - 29. Budapeşt, Macarıstan
24 - 26 avqust. Spa-Frankorşamp, Belçika
31 avqust - 2 sentyabr. Montsa, İtaliya
14 - 16 sentyabr. Sinqapur
28 - 30 sentyabr. Soçi, Rusiya
5 - 7 oktyabr. Suzuka, Yaponiya
19 - 21 oktyabr. Ostin, ABŞ
26 - 28 oktyabr. Mexiko, Meksika
9 - 11 noyabr. San Paulu, Braziliya
23 - 25 noyabr. Abu Dabi, BƏƏ
report.az