“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və
yayımçısı İctimai Teleradio 2012-ci ildə Bakıda keçiriləcək yarışmada
Azərbaycan təmsilçisini müəyyən etmək üçün milli seçim turuna başlayır.
İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin
rəhbəri Tahir Məmmədov bildirib ki, iştirak etmək istəyənlər oktyabrın
15-dən 25-dək İctimai Televiziyaya müraciət edə bilər. Hər bir iştirakçı
3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin
surətini və xüsusi anketi təqdim etməlidir: "Yaşı 16-dan yuxarı olan, öz
istedadına və peşəkarlığına güvənənləri müsabiqəyə dəvət edirik.
Müsabiqə iştirakçıları gözəl səsi, rəqs bacarığı və səhnə mədəniyyəti
ilə fərqlənməlidirlər".