Bakı bağında möcüzə - VİDEO
31.10.2012

Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan Səmədovlar ailəsinin həyətyanı sahəsində nar ağacı üzüm gətirib.

23 ildir ki, bu həyətdə yaşayan ev sahibi deyir ki, əvvəllər belə bir hadisə ilə heç vaxt rastlaşmayıb.

Meyvələrin şahı sayılan nar bu dəfə şahlıq taxtına üzümlə bərabər çıxıb. Hər il adəti üzrə ağacdan nar dərən ev sahibi bu dəfə narla bərabər ağacda üzümün də yetişdiyini görəndə təəccüblənib. Ağac həmişəkindən fərqli olaraq bu il 2 meyvə gətirib. Maraqlı məqamlardan biri də odur ki, həyətdə üzüm ağacı yoxdur. Yəni ümumiyyətlə ağac calaq da edilməyib. Əvvəllər də həyətyan sahədə üzüm tağının olmadığını bildirən ev sahibi nar ağacında yetişən üzümün dadına da baxıb.

Qeyri-adi hadisə ilə bağlı mütəxəssislərin də rəyini öyrəndik. Onların sözlərinə görə, belə bir hadisənin elmi cəhətdən izahı mümkün deyil. Bunu yalnız möcüzə hesab etmək olar.

VIDEO

Milli.Az